"Yuventus" və Anxel Di Maria yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.
Sportarena.az "Sky Sport"a istinadən xəbər verir ki, tərəflər bir müddət öncə şifahi razılıq əldə etmişdi.
Amma argentinalı futbolçu artıq komandada qalacağını düşünmür. O, mövsümün sonunda “qoca sinyora”nı azad agent kimi tərk edəcək. Di Mariyanın yeni mövsümə harada başlaması isə bəlli deyil.
35 yaşlı futbolçu “Rosario Sentral”, “Benfika”, “Real”(Madrid), “Mançester Yunayted” və PSJ-də oynadıqdan sonra 2022-ci ildə “Yuventus”a keçib.