“Yuventus” böyük hesabla uduzdu - VİDEO

09:51 23 May 2023

İtaliya A Seriyasında 36-cı tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

 

“Roma” – “Salernitana” matçında qalib müəyyənləşməyib. “Yuventus” isə səfərdə “Empoli”yə böyük hesabla uduzub.

 

Hazırda 86 xala malik “Napoli” vahid liderdir. “Latsio” 68 xalla ikinci, “İnter” 66 xalla üçüncü pillədə qərarlaşıb. “Milan”ın 64, “Atalanta”nın 61, “Roma”nın 60 xalı var.

 

İtaliya A Seriyası

36-cı tur.

22 may

Roma – Salernitana 2:2

Qol: El Şaaravi, 47. Matiç, 83 – Kandreva, 12. Dia, 54.

 

Empoli – Yuventus 4:1

Qol: Kaputo, 18-pen; 48. Luperto, 21. Pikkoli, 90+2 – Kyeza, 85.


Digər xəbərlər

Xəbər xətti