“Nyukasl” evdə xal itirdi

10:18 23 May 2023

İngiltərə Premyer Liqasında 37-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

 

Turun qapanış matçında “Nyukasl” “Lester Siti”ni qəbul edib. Tərəflər meydanı qolsuz tərk ediblər.

 

Hazırda 88 xala malik “Mançester Siti” vahid liderdir. “Arsenal” 81 xalla ikinci, “Nyukasl” 70 xalla üçüncü sırada qərarlaşıb. “Mançester Yunayted”in 69, “Liverpul”un 66, “Brayton”un 61, “Aston Villa”nın 58, “Tottenhem”in 57 xalı var.

 

İngiltərə Premyer Liqası

37-ci tur

22 may

Nyukasl – Lester Siti 0:0


Xəbər xətti