İspaniyanın “Real Madrid” klubunun futbolçusu Vinisyus Junior mövsümün sonuna qədər cəzalandırıla bilər.
Sportarena.az AS nəşrinə istinadən xəbər verir ki, buna səbəb braziliyalı hücumçunun La Liqanın XXXV turunda “Valensiya” ilə görüşdə kobud davranışıdır.
Qarşılaşmanın baş hakimi Rikardo de Burqos Benqoeçea onun qırmızı vərəqə aldığı 90+7-ci dəqiqədəki hərəkətini protokolda “topun meydanda olmadığı anda rəqibin üzünə vurulan zərbə, futbolçular arasında kütləvi dava” kimi qeyd edib.
İntizam məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu, 1-3 oyun müddətinə diskvalifikasiyaya anlamına gəlir. Cəzanın müddəti 3 matçlıq olsa, 23 yaşlı forvard “kral klubu”nun cari mövsümdəki son üç görüşündə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, oyun “Valensiya”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.