“Arsenal”dan gənc ulduzu ilə yeni müqavilə

19:48 23 May 2023

London “Arsenal”ı hücumameyilli yarımmüdafiəçisi Bukayo Sakanın müqaviləsinin müddətini uzadıb.

 

Sportarena.az xəbər verir ki, 21 yaşlı vingerin yeni sözləşməsi 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

 

“Arsenal”ın öz yetirməsi olan Saka indiyə qədər “topçular”ın heyətində 178 oyuna çıxıb, 37 qol və 40 məhsuldar ötürmə ilə yadda qalıb. O, İngiltərə millisində də 26 oyuna 8 qol vurub.


Digər xəbərlər

Xəbər xətti