“Səbail” mətbuata qapanıb. Klub rəhbərliyi və məşqçilər heyəti futbolçulara jurnalistlərlə danışmağı, açıqlama və ya müsahibə verməyi qadağan edib.
Sportarena.az "futbolinfo.az"a istinadən xəbər verir ki, qadağa növbəti turadək davam edəcək. Bayıl təmsilçisi mövsümün son turunda “Şamaxı” ilə taleyüklü matçadək bütün diqqətin hazırlığa yönəlməsini istəyir.
Xatırladaq ki, mayın 27-də sözügedən komandalar sonuncu pilləni tutmamaq üçün həlledici matça çıxacaq. “Şamaxı” yalnız qələbə sayəsində Premyer Liqadakı yerini qoruya bilərsə, “Səbail”ə heç-heçə də bəs edir.