"Liverpul"dan gedəcək daha bir futbolçunun adı açıqlandı

21:50 23 May 2023

Mövsümün sonunda “Liverpul”dan ayrılacaq daha bir futbolçunun adı məlum olub.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Yurgen Klopp "The Guardian"a açıqlamasında Artur Melonun klubdan gedəcəyini açıqlayıb.

 

O, Arturun yayda müqavilə ilə məxsus olduğu "Yuventus"a qayıdacağını bildirib. Braziliyalı yarımmüdafiəçi “qırmızılar”ın heyətində cəmi 13 dəqiqə meydanda olub. 
 

Qeyd edək ki, buna qədər Roberto Firmino, Nabi Keyta, Ceyms Milner və Aleks-Oksleyd Çemberlenin yayda “Liverpul”dan ayrılacağı açıqlanmışdı.


Digər xəbərlər

Xəbər xətti