Səudiyyə Ərəbistanı çempionatında 28-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, “Əl-Nəsr” öz meydanında “Əl-Şəbab”ı qəbul edib.
Qonaqların iki top fərqi ilə önə keçdiyi oyunda Kriştiano Ronaldo və komanda yoldaşları dönüş etməyi bacarıb.
Matçın 24-cü dəqiqəsində Kristian Quanka penaltini dəqiq yerinə yetirərək “Əl-Şəbab”ı hesabda irəli çıxarıb, 40-cı dəqiqədə dublunu rəsmiləşdirib.Fasiləyədək fərqi azaltmağı bacaran meydan sahibləri 51-ci dəqiqədə hesabı bərabərləşdirib. 7 dəqiqə sonra isə Ronaldo “Əl-Nəsr”in qələbə qoluna imza atıb və oyunda yekun hesabı müəyyənləşdirib – 3:2.
Qeyd edək ki, “Əl-Nəsr” 28 oyundan topladığı 63 xalla ikinci, “Əl-Şəbab” isə 53 xalla üçüncü pillədədirdir. Turnir cədvəlinə 66 xal toplayan “Əl-İttihad” başçılıq edir.