İspaniya Futbol Federasiyası “Valensiya” klubunu cəzalandırıb. Buna ötən bazar günü keçirilən matçda yerli azarkeşlərin “Real”ın hücumçusu Vinisius Juniora qarşı irqçi təhqirləri səbəb olub.
Sportarena.az xəbər verir ki, klub 45 min avro cərimələnib. Həmçinin stadionun Vinisiusun ünvanına irqçi təhqirlərin səsləndiyi “Mario Kempes” tribunası 5 matçlıq bağlanıb. Bu səbəbdən “Valensiya”nın azarkeşlərinin bu həftəsonu “Espanyol”la matçda, eləcə də növbəti mövsümün ilk 4 ev oyunlarında həmin tribunaya daxil olmasına icazə verilməyəcək.
Federasiya bütün bu olayların əsas siması olan Vinisiusa göstərilən qırmızı vərəqəni də ləğv edib. Braziliyalı növbəti turda komandasına kömək edə biləcək.