Kunde Xavidən narazıdır

11:38 24 May 2023

Jül Kunde “Barselona”dan ayrılmaq istəyir. Fransa millisinin üzvü müdafiənin sağ cinahında oynamasından narazıdır. O, bu barədə baş məşqçi Xavi Ernandesə bildirib.

 

 

Sportarena.az xəbər verir ki, özünə  doğma olan mövqedə – müdafiənin mərkəzində oynamaq istəyən Kunde belə davam edərsə, getmək istədiyini bildirib. 24 yaşlı futbolçu sağda alternativinin olmamasından narahatdır. O, belə hesab edir ki, həmin mövqedə ən yaxşı variant hesab olunduğundan Xavi növbəti mövsüm də onu burada oynatmağa davam edəcək.

 

Əslində, ispan məşqçi elə bu fkrdədir. O, müdafiənin mərkəzində başqa oyunçulara güvənir və Kundedən daim cinahda oynamasımı tələb edir. Fransalı məhz bu üzdən satılmasını tələb edir.

 

Kunde keçən ilin yayında “Sevilya”dan “Barselona”ya keçib. O, bu mövsüm Kataloniya klubunun heyətində bütün turnirlərdə 38 oyun keçirib və 1 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən il onun keçidini rəsmiləşdirə bilməyən “Çelsi” indi futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır.


Digər xəbərlər

Xəbər xətti