Futbol üzrə Azərbaycan I Divizionunun XXX turunun “Araz Naxçıvan” – “Zaqatala” (2:0) görüşünün ardınca keçirilən mükafatlandırma mərasimində turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub.
Sportarena.az xəbər verir ki, yarışı qalib kimi başa vurmuş “Araz Naxçıvan”ın hücumçusu Orxan Əliyev 27 qolla mövsümün ən sərrast futbolçusu seçilib.
Xatırladaq ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov, Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov, “Araz Naxçıvan” klubunun rəhbər heyəti və digər rəsmi şəxslər iştirak edib. Əvvəlcə turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub, daha sonra çempion “Araz Naxçıvan”ın rəsmi şəxsləri, məşqçiləri və futbolçuları qızıl medallara qovuşub.
Təltifetmə mərasimindən sonra tədbir Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun da iştirak etdiyi konsert proqramı ilə davam edib.