Frattezi “Brayton”a keçir

13:00 24 May 2023

Növbəti mövsüm avrokuboklarda çıxış edəcəyi dəqiqləşən “Brayton” heyəti gücləndirmək niyyətindədir. Bir sıra önəmli futbolçularını yayda satacağı gözlənilən İngiltərə klubu onları yenilərlə əvəzləyəcək.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi Davide Frattezidir. 22 yaşlı mərkəz yarımmüdafiəçisi üçün “Sassuolo”ya 22 milyon avro ödənilməsi planlaşdırılır. Futbolçuya bir neçə A Seriyası klubu müştəri düşsə də, o özü də İngiltərəyə yollanmaq istəyir.

 

“Sassuolo” ilə 3 illik müqaviləsi qalan Frattezi karyerası ərzində ilk dəfə İtaliya xaricinə çıxacaq. O, özünü sınamağa qərar verib və klubu transferə razılıq verəcəyi halda İngiltərəyə köçəcək. “Brayton” həm qitə yarışında uğurlu debüt etməyi, həm də növbəti mövsümdə iddiasını davam etdirməyi hədəfləyib.


Xəbər xətti