Azərbaycan çempionatında çıxış edən futbolçu ilk dəfə Belarus millisinə çağırılıb

14:53 24 May 2023

Azərbaycan Premyer Liqasında çıxış edən Yeqor Xvalko ilk dəfə Belarus millisinə dəvət alıb.

 

Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, “Kəpəz”in müdafiəçisi AVRO-2024-ün seçmə mərhələsinin iyunda keçiriləcək oyunlarında debüt etmək imkanı qazanıb.

 

Çünki baş məşqçi Georgi Kondratyev 26 yaşlı mərkəz müdafiəçisini 33 nəfərlik ilkin siyahıya salıb. Mütəxəssis iyunun 10-da başlayacaq təlim-məşq toplanışının ardından 23 nəfərlik yekun heyəti müəyyənləşdirəcək.

 

Belarus millisi İ qrupu çərçivəsində iyunun 16-da İsrail, 19-da isə Kosovo ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Yeqor Xvalko “Kəpəz”ə mövsümün əvvəlində ölkəsinin “Arsenal” klubundan keçib.


Xəbər xətti