“Valensiya”nın stadionunun tribunası 5 oyunluq qapadıldı

15:28 24 May 2023

İspaniya Futbol Federasiyası "Valensiya" klubunu cəzalandırıb.

 

Buna ötən bazar günü keçirilən matçda yerli azarkeşlərin "Real”ın (Madrid) hücumçusu Vinisius Juniora qarşı irqçi təhqirləri səbəb olub.

 

Sportarena.az xəbər verir ki, yerli mətbuatın yazdığlna görə, klub 45 min avro cərimələnib. Həmçinin, Vinisiusun ünvanına irqçi təhqirlərin səsləndiyi “Mario Kempes” stadionunun cənub tribunası 5 matçlıq bağlanıb.

 

Bu səbəbdən “Valensiya”nın azarkeşlərinin bu həftəsonu “Espanyol”la matçda, eləcə də növbəti mövsümün ilk ev oyunlarında həmin tribunaya daxil olmasına icazə verilməyəcək.

 

İspaniyada bu mövsüm ilk dəfədir ki, stadion qismən bağlanır.


Digər xəbərlər

Xəbər xətti