"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcəyi ilə bağlı danışıb.
Sportarena.az Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, o, növbəti mövsüm də Mançester təmsilçisini çalışdıracağını bildirib:
“Gələn mövsüm “Mançester Siti”də qalacağam. Klubdan ayrılmağı düşünmürəm. Növbəti mövsüm Premyer Liqada bizə qarşı 100 faul olsa belə qalacağam, narahat olmayın".
Xatırladaq ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"də çalışır. Bu mövsüm Qvardiolanın rəhbərliyi altında komanda ardıcıl 3-cü dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Mançester təmsilçisi Çempionlar Liqasında və İngiltərə kubokunda finala yüksəlib.