Qvardioladan gələcəyi ilə bağlı açıqlama

21:00 24 May 2023

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcəyi ilə bağlı danışıb. 

 

Sportarena.az Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, o, növbəti mövsüm də Mançester təmsilçisini çalışdıracağını bildirib:

“Gələn mövsüm “Mançester Siti”də qalacağam. Klubdan ayrılmağı düşünmürəm. Növbəti mövsüm Premyer Liqada bizə qarşı 100 faul olsa belə qalacağam, narahat olmayın".

 

Xatırladaq ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"də çalışır. Bu mövsüm Qvardiolanın rəhbərliyi altında komanda ardıcıl 3-cü dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Mançester təmsilçisi  Çempionlar Liqasında və İngiltərə kubokunda finala yüksəlib.


Digər xəbərlər

Xəbər xətti