Qakpo azarkeşlərə heyran olub

18:23 24 May 2023

Kodi Qakpo “Liverpul”da oynamaqdan məmnundur. O, İngiltərəyə gələnədək komandanın belə dəstəkləndiyini təsəvvür etmirmiş.

 

Sportarena.az xəbər verir ki, qışda PSV-dən transfer olunan Niderland yığmasının üzvü “Enfild”də gördüklərinə heyran qalıb:

“Xüsusilə son turda azarkeşlərin dəstəyi möhtəşəm idi. Sözlə ifadə etmək mümkün deyil. Onlar həm pis, həm də yaxşı günlərimizdə bizi yalnız dəstəklədilər. Növbəti mövsüm tam fərqli olacaq. Fanatlarımıza layiq olduqları nəticələri bəxş etməliyik”.


Xəbər xətti