Paolo Maldini: “Tanrıya şükürlər olsun ki, Messiyə qarşı oynamamışam”

18:46 24 May 2023

“Milan”ın idman direktoru Paolo Maldini futbolçu kimi çıxış etdiyi dövr barədə danışıb.

 

Sportarena.az “Milan News”-a istinadən xəbər verir ki, o, Dieqo Armando Maradona və Ronaldo Nazarionu ən güclü futbolçular adlandırıb:

“Dieqo Maradona və Ronaldo Nazario ən güclü futbolçular olub. Tanrıya şükürlər olsun ki, Lionel Messiyə qarşı oynamamışam. Kriştiano Ronaldo əla qolçudur, lakin onun oyununda Maradona və Ronaldonun oyun üslubuna nisbətən daha az sehr var.

Sürətli və fiziki cəhətdən güclü futbolçu olmuşam, amma Maradona və Ronaldo daha sürətli idilər. Eyni zamanda, Dieqo yaraşıqlı oğlan idi. Adı İtaliyada futbolçuların “Şöhrət zalı”na daxil ediləndə onu tez-tez döydüyüm üçün utandım və Maradonadan üzr istədim”.

 

Maldini futbolçu karyerasını “Milan”da keçirib. O, 2018-ci ilin avqustunda Milan klubunun inkişaf direktoru təyin edilib, bir il sonra isə texniki direktor vəzifəsinə yiyələnib.


Digər xəbərlər

Xəbər xətti