“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 36-cı turunun “Valyadolid”lə matçından sonra (1:3) açıqlama verib.
Sportarena.az “Marca”-ya istinadən xəbər verir ki, o, qələbə üçün cəhd göstərdiklərini bildirib:
“Məqsədimizə çatdığımız üçün qarşıdakı oyunlara hazırlaşmaq çətin olur. Komandamda heç bir gərginlik yoxdur. Qələbə üçün cəhd göstərdik. İlk hissədə yaxşı qol epizodlarımız oldu. Fasilədən sonra isə məğlub olduq”.
“Barselona” son iki turdur meydançadan məğlub ayrılır: 35-ci tur, “Real Sosyedad” (1:2) və 36-cı tur, “Valyadolid” (1:3). Kataloniya təmsilçisi hazırda turnir cədvəlində 85 xalla liderdir.
Meydan sahibləri isə qazandıqları qələbə ilə xallarının sayını 38-ə çatdırıb və 17-ci pillədə yer alır.