“Azarkeşlərdən üzr istəmək lazımdır” - Rafinya

21:21 24 May 2023

“Barselona”nın yarımmüdafiəçisi Rafinya İspaniya La Liqasının 36-cı turunun “Valyadolid”lə görüşünü (1:3) dəyərləndirib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarşılaşmanın yaxşı keçdiyini deyib:

“Fikrimcə, görüş yaxşı keçdi. Yeganə çatışmayan məqam intensivlik idi. Daha fəal ola bilərdik. Məğlubiyyətin məsuliyyətini öz üzərimizə götürməliyik. Ola bilsin ki, komandada artıq motivasiya yoxdur. İstənilən halda, azarkeşlərdən üzr istəmək lazımdır”.

 

“Barselona” son iki turdur meydançadan məğlub ayrılır: 35-ci tur, “Real Sosyedad” (1:2) və 36-cı tur, “Valyadolid” (1:3). Kataloniya təmsilçisi hazırda turnir cədvəlində 85 xalla liderdir.

 

Meydan sahibləri isə qazandıqları qələbə ilə xallarının sayını 38-ə çatdırıb və 17-ci pillədə yer alır.


Xəbər xətti