“Tottenhem” “Feyenoord”un yarımmüdafiəçisi Orkun Kökçünü transfer etməyi düşünür.
Sportarena.az “90min” portalına istinadən xəbər verir ki, London klubu 22 yaşlı türkiyəli futbolçunun çıxışını uzun müddətdir ki, izləyir və danışıqları sürətləndirib.
"Tottenhem" rəhbərliyinin "Feyenoord"un çalışdırıcısı Arne Slotu baş məşqçi postuna gətirmək istədiyi, bu faktorun Kökçü uğrunda “Arsenal” və “Brayton”la mübarizədən qalib çıxmasına kömək ola biləcəyinə inanır. Türkiyəli yarımmüdafiəçinin Niderland klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər qüvvədədir.
Bu mövsüm Erediviziyada 31 oyun keçirən Kökçü 8 qol vurub və iki məhsuldar ötürmənin müəllifi olub. Futbolçu həmçinin Avropa Liqasında 10 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.