Türkiyənin “Fatih Karagümrük” komandası baş məşqçisi Andrea Pirlo ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi tviter hesabı məlumat yayıb.
Klub rəhbərliyi müqaviləni yeniləməyəcəkləri üçün 44 yaşlı məşhur mütəxəssisə gələcək planlarını qurması üçün icazə verib.
Qeyd edək ki, Andrea Pirlo 2022-ci ilin yayından Türkiyə təmsilçisində işləyir.