Sabitseri yox, Mauntu istəyirlər

23:45 24 May 2023

“Bayern” Marselo Sabitseri geri qaytarmaq istəmir. Münhenlilər “Mançester Yunayted”ə icarəyə verdikləri oyunçunun dönüşünü arzulamır.

 

Sportarena.az xəbər verir ki, Avstriya millisinin üzvü özü də gələcəyini Almaniyada görmür. Lakin “Qırmızı şeytanlar” hələ ki, onunla bağlı “Bayern”ə rəsmi təklif göndərməyib. Münhenlilərin 25 milyon avroya satmaq istədiyi yarımmüdafiəçi hazırda zədəlidir və İngiltərə klubu onun taleyinə sıraya döndükdən sonra aydınlıq gətirəcək.

 

Əvəzində “Mançester Yunayted” Meyson Maunta müştəri olub. “Çelsi”nin yeni baş məşqçisi olacağı gözlənililən Mauritsio Poçettino yarımmüdafiəçinin heyətdə qalmasını istəsə də, mankunianlar “Liverpul” və “Arsenal”ın da istədiyi oyunçunu 55 milyon avroya ala biləcəyinə ümid edir.


Xəbər xətti