"İnter" İtaliya kubokunun qalibi oldu- VİDEO

09:34 25 May 2023

İtaliya kubokunun qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, həlledici oyun “Fiorentina” ilə “İnter” komandaları arasında baş tutub.

 

Üç qolun qeydə alındığı oyundan əzmkar qələbə ilə ayrılan “İnter” ardıcıl ikinci il ölkə kubokunun qalibi olub.

 

Bu, Milan təmsilçisinin bütövlükdə isə 9-cu belə uğurudur. Milanlılar kubok sayında “Roma”ya çatıblar. Kuboku ən çox (14 dəfə) qazanan komanda isə “Yuventus”dur.

 

İtaliya kuboku

Final

24 may

Fiorentina – İnter 1:2

Qol: N.Qonsales, 3 – L.Martines, 29; 37.


Digər xəbərlər

Xəbər xətti