Ukrayna Premyer Liqasında 28-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Veres-Rivne”nin qonağı olub. Futbolçumuzun komandası bu oyundan 1 xalla ayrılıb – 2:2.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.
“Aleksandriya” hazırda 43 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.