Lukas firkrini dəyişdi, PSJ-yə gedir

13:56 25 May 2023

Lukas Hernandes PSJ-yə keçə bilər. Zədə üzündən mövsümü erkən başa vuran Fransa millisinin üzvü yenidən transfe gündəminə gəlib.

 

Sportarena.az xəbər verir ki, buna səbəb “Bayern” cinah müdafiəçisinn baş məşqçi Tomas Tuhellə münasibətləridir. Alman məşqçinin onun mövqeyinə futbolçu axtarmasını görən oyunçu münhenlilərdən satılmasını istəyib.

 

Lukas aylardır “Bayern”lə müzakirələr aparırdı. Klub onu 2027-ci ilin yayında bitəcək müqavlə bağlamağa razı salmışdı. Amma indi vəziyyət qəfil dəyişib. 2019-cu ildə Madrid “Atletiko”sundan gələn oyunçu gələn yay bitəcək anlaşmasını uzatmaqdan imtina edib.


Digər xəbərlər

Xəbər xətti