"Yuventus"la yeni müqavilə imzalamaq istəmir

18:42 25 May 2023

"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabio klubla yeni müqavilə ilə bağlı danışıqlar aparmır.

 

Sportarena.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" səhifəsində yazıb. O,  böyük ehtimalla bu mövsümün sonu komandadan azad agent kimi ayrılacaq.

 

Fransalı oyunçu ilə “Mançester Yunayted” fəal şəkildə maraqlanır. Mançester təmsilçisinin baş məşqçisi Erik Ten Haq Rabyonu öz komandasında görmək istəyir.

 

Qeyd edək ki, 28 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 11 qol vurub və 6 qolun ötürməsini verib. Onun klubla müqaviləsi iyunda başa çatır.


Digər xəbərlər

Xəbər xətti