"Arsenal" bu mövsüm başa çatdıqdan sonra heyətini yenidən qurmağı planlaşdırır.
Sportarena.az "Football London"a istinadən xəbər verir ki, London təmsilçisi genişmiqyaslı transferlər etmək üçün 14 futbolçu ilə yolları ayırmağa hazırdır.
Komandanı Qranit Caka, Tomas Parti, Rob Holdinq, Emil Smit-Rou, Nikolya Pepe, Eynnsli Meytlend-Naylz, Kiran Tirni, Riss Nelson, Çarli Patino, Folarin Baloqun, Pablo Mari, Albert Sambi Lokonqa, Nunu Tavareş və Sedrik Soaresin komandanı tərk edə biləcəyi vurğulanıb.
"Arsenal" İngiltərə Premyer Liqasında 37 turdan sonra 81 xalla ikincidir.