"Atletiko"dan 21-ci əsrin antirekordu

23:26 25 May 2023

İspaniya La Liqasının 36-cı turunda "Espanyol"la 3:3 hesablı heç-heçə edən "Atletiko" antirekordunu yeniləyib.

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi 21-ci əsrdə ilk dəfə 3 top fərqi ilə öndə olduğu görüşdə qələbə qazana bilməyib.

Madridlilər son dəfə 1998/1999 mövsümündə belə fürsəti əldən qaçırmışdı. 

Qeyd edək ki, "Atletiko" hazırda 73 xalla 3-cü pillədə qərarlaşıb.


Xəbər xətti