Bu gün Azərbaycanın daha üç cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.
Sportarena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/32 final mərhələsində Telmo Qomeşlə (Portuqaliya), eyni çəkidəki Rəşid Məmmədəliyev Daniel Seqado (İspaniya) ilə üz-üzə gələcək.
81 kq-dakı Zelim Tçkayev 1/16 finalda Leon Tsilikin (Avstriya) - Dominik Ressel (Almaniya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.