"Feyenoord" baş məşqçisi Arne Slot ilə müqaviləni uzadıb.
Sportarena.az xəbər verir ki, 44 yaşlı mütəxəssisin sözləşməsi 2026-cı ilin yayına qədər artırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Slot bu mövsüm "Feyenoord"la Niderland Erediviziyasının qalibi olub.
Qeyd edək ki, İngiltərə mətbuatı daha əvvəl niderlandlı məşqçinin yeni mövsümdən "Tottenhem"i çalışdıracağını yazırdı.