“Real” və “Barselona” bundan sonra bir-birləri ilə keçirdikləri oyunlarda “el klasiko” adından istifadə edə bilməyəcək.
Sportarena.az “Relevo”-ya istinadən xəbər verir ki, İspaniya Patent və Əmtəə Nişanları İdarəsi “Real”ın “el klasiko” ifadəsinin işlədilməsi ilə bağlı müraciətini rədd edib. Bu, eyni brendin La Liqadan istifadə etməsi ilə bağlı risklərdən qaçmaq üçün edilib.
Hər iki klubun bu qərara etiraz etmək üçün bir ay vaxtı var.
Ümumilikdə komandalar bir-biri ilə 288 oyun keçirib. Onlardan 120-də “Barselona” qalib gəlib, 62 oyun heç-heçə ilə başa çatıb, 106 matçda isə “Real” qələbəyə sevinib.