İngiltərənin "Arsenal" klubunun 2023/2024 mövsümündə ev oyunlarında geyinəcəyi formalar bəlli olub.
Sportarena.az xəbər verir ki, London təmsilçisinin "Adidas" şirkəti tərəfindən hazırlanmış geyim dəsti ənənəvi olaraq ağ və qırmızı rənglərdən ibarət olacaq.
Qeyd edək ki, "Arsenal" cari mövsümün bitməsinə bir tur qalmış Premyer Liqada 81 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Topçular" lider "Mançester Siti"dən 8 xal geri qalır.