"Mançester Siti" futbolçus Skott Karson ilə müqaviləni uzadıb.
Sportarena.az xəbər verir ki, 37 yaşlı qapıçı ilə sözləşmənin müddəti 2024-cü ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Karson 2021-ci ilin yayından "Mançester Siti"də çıxış edir. O, "şəhərlilər"lə cəmi 2 oyunda iştirak edib.