Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.
Rəqibini 93:90 hesabı ilə məğlub edən bölgə təmsilçisi ümumi hesabı bərabərləşdirib – 2:2.
Final seriyasının sonuncu – beşinci görüşü mayın 30-da gerçəkləşəcək.
Daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.