Mayın 28-də Müstəqillik Gününə həsr olunmuş yorğa atları üzrə respublika birinciliyi keçiriləcək.
Sportarena.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində təşkil olunacaq turnirdə ölkənin müxtəlif rayonlarından 40-dan çox ən güclü at gücünü sınayacaq.
Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə baş tutacaq yarış 6 müxtəlif məsafəyə görə bölünüb. Hər məsafədə yaşından, hazırlığından asılı olaraq, 8-15 at gücünü sınayacaq.
Qeyd edək ki, saat 11:00-da start götürəcək birinciliyə giriş sərbəstdir.