"Qəbələ" Avropaya vəsiqə qazandı, "Şamaxı" Azərbaycan Premyer Liqasını tərk etdi – YENİLƏNİB

22:00 27 May 2023

Bu gün  Azərbaycan Premyer Liqasının XXXVI turuna start verilib.

 

Sportarena.az xəbər verir ki, mövsümün son turunun ilk oyun günündə 3 görüş baş tutub.

 

Sumqayıt” – “Zirə” və “Qəbələ” – “Kəpəz” matçları eyni saatda start götürüb. Bu oyunlardan sonra Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək sonuncu komanda bəlli olacaqdı.

 

“Zirə” Sumqayıtda 3 cavabsız qola sevinib. Amma bu, qəsəbə təmsilçisinin avrokuboklara vəsiqə qazanması üçün yetərli olmayıb. Doğma meydanda “Kəpəz”lə heç-heçə oynayan “Qəbələ” də “Zirə” ilə eyni xala malik olmasına baxmayaraq, şəxsi görüşlərdəki üstünlüyə görə Konfrans Liqasına vəsiqə qazanıb.

 

Elitada qalmaq uğrunda mübarizə aparan autsayderlər “Səbail”lə “Şamaxı” komandaları birincilərin meydanında üz-üzə gəliblər.

Matçın 45+1-ci dəqiqəsində rəqib müdafiəçinin səhvini bağışlamayan “Səbail”in argentinalı yarımmüdafiəçisi Franko Mazurek hesabı açıb. Bu, həm də oyunda vurulan yeganə qol olub. 90+2-ci dəqiqədə rəqibi başla vuran bakılıların oyunçusu Elmir Tağıyev meydandan qovulub.

 

“Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” oyunları isə sabah keçiriləcək.

 

Azərbaycan Premyer Liqası

XXXVI tur

27 may

“Sumqayıt” 0:3 “Zirə (yekun)

“Kapital Bank Arena”, 17:30.

"Sumqayıt": 13. Aydın Bayramov, 14. Elvin Bədəlov (k), 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 9. Karim Abubakar, 23. Kamran Aliev, 71. Masaki Murata

"Zirə": 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (k), 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev

 

“Qəbələ” 1:1 “Kəpəz” (yekun)

Qəbələ şəhər stadionu, 17:30.

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 9. Əyyub Allaş

"Kəpəz": 68. Orxan Sadıqlı, 80. Tural Rzayev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu

 

“Səbail” 1:0 “Şamaxı” (yekun) 

“ASCO Arena”, 20:00.

“Səbail”: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 3. Turan Manafov, 27. Emil Martinov, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 23. Qustavo de Fransa
“Şamaxı”: 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 18. Cəlal Hüseynov, 29. Ramin Əhmədov


Digər xəbərlər

Xəbər xətti