Haland mövsümün ən yaxşı oyunçusu elan edildi

14:52 27 May 2023

İngiltərə Premyer Liqasında bu mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu ada “Mançester Siti”nin və Norveç yığmasının hücumçusu Erlinq Haland layiq görülüb.

 

O, bu mükafata elitada mübarizə aparan 20 klubun kapitanı və xüsusi ekspertlər qrupu arasında keçirilmiş səsvermə nəticəsində layiq görülüb. Haland səsvermədə komanda yolaşı Kevin De Breyneni, eləcə də Harri Keyn (“Tottenhem”), Martin Edeqor, Bukayo Saka (hər ikisi – “Arsenal), Markus Raşford (“Mançester Yunayted”) və Kiran Trippyeri (“Nyukasl”) geridə qoymağı bacarıb.

 

Haland cari mövsümdə “Mançester Siti”nin heyətində Premyer Liqada 35 oyuna çıxıb, 36 qol vurub, 8 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti