İngiltərə Premyer Liqasında mövsümün simvolik komandası açıqlanıb

17:23 27 May 2023

“Goal” nəşri İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünün simvolik komandasını tərtib edib.

 

Sportarena.az xəbər verir ki, rəmzi “11-liy”ə dörd komandanın oyunçuları düşüblər.

 

Çempion “Mançester Siti”nin 4, ikinci pillədəki “Arsenal”ın 3 üzvü simvolik komandada yer alıb. Həmçinin, “Nyukasl” və “Mançester Yunayted” də hərəyə 2 futbolçu ilə təmsil olunublar.

 

Qapıçı: Nik Poup (“Nyukasl”);

Müdafiəçilər: Kiran Trippier (“Nyukasl”), Vilyam Saliba (“Arsenal”), Lisandro Martines (“Mançester Yunayted”), Natan Ake (“Mançester Siti”);

Yarımmüdafiəçilər: Martin Edeqor (“Arsenal”), Rodri, Kevin De Bruyne (hər ikisi “Mançester Siti”);

Hücumçular: Bukayo Saka (“Arsenal”), Erlinq Holann (“Mançester Siti”), Markus Reşford (“Mançester Yunayted”).


Digər xəbərlər

Xəbər xətti