Almaniyanın “Bayern” klubu baş direktoru Oliver Kanı istefaya göndərə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira özünün sosial şəbəkə səhifəsi vasitəsilə məlumat yayıb.
Onun sözlərinə görə, Münhen təmsilçisinin cari mövsümdəki çıxışı səbəbindən əfsanəvi qapıçının gələcəyi şübhə altındadır. Komanda indi mövsümü titulsuz başa vurmaq riski ilə üz-üzədir.
Almaniya Kubokunda və UEFA Çempionlar Liqasında mübarizəni erkən dayandıran “Bayern” Bundesliqada çempion ola bilməsə, Oliver Kan İdarə Heyətinin qərarı ilə istefaya göndəriləcək.
Qeyd edək ki, Bundesliqada son tur öncəsi “Bayern” 68 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Son turun görüşləri bu gün keçiriləcək.