Niderland Erediviziyasına sonuncu vəsiqə uğrunda pley-off oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” bu gün “Almere Siti” ilə cavab matçında üz-üzə gəlib.
Sözügedən kollektiv bu rəqibi ilə bu dəfə səfərdə qarşılaşıb. İlk oyunda 1:0 hesabıyla qalib gəlmiş “Eyndhoven” ikinci matçdan 1:3 hesabıyla məğlub ayrılaraq mübarizəni dayandırıb.
Ozan da bu görüşün iştirakçısı olub. O, 90+1-ci dəqiqədə meydana buraxılıb. Əlavə vaxta gedən oyunda milli üzvü sarı vərəqə də alıb (119-cu dəqiqə).
Bununla da “Eyndhoven”in Erediviziyaya yüksəlmək arzusu baş tutmayıb. Komanda pley-offun ilk mərhələsindəcə mübarizəni dayandırıb.