“Bayern” çempion oldu

20:39 27 May 2023

Almaniya Bundesliqasında 2022/23 mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, sonuncu – 34-cü turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

 

Lider “Borussiya” (Dortmund) həlledici anda xal itkisi ilə üzləşməklə çempionluğu əldən verib. Sözügedən komanda doğma meydanda “Maynts”la heç-heçə oynayıb. Bundan maksimum yararlanan “Bayern” səfərdə “Köln”ü məğlub edərək tarixində 32-ci dəfə Bundesliqanın qalibi olub.

 

Mövsümün yekunlarına görə, 71 xal toplamış “Bayern”lə “Borussiya”, eləcə də 66 xalla bürünc medal qazanan “Leypsiq” və 62 xalla dördüncü olan “Union Berlin” Çempionlar Liqasına vəsiqə qazanıb. 59 xalla 5-ci yeri tutan “Frayburq” Avropa Liqasında oynamaq hüququ qazanıb. 50 xalı olan “Bayer” isə Avropa Konfrans Liqasında iştirak hüququ əldə edib.

 

29 xalla sonuncu olan “Herta”, həmçinin 31 xala malik “Şalke” Bundesliqanı tərk etmək məcburiyyətində qalıb. 33 xalla 16-cı yeri tutan “Ştutqart”ı isə pley-off oyunları gözləyir.

 

Almaniya Bundesliqası

34-cü tur

27 may

Borussiya (Mönhenqladbax) – Auqsburq 2:0

Qol: Nets, 4. Hofmann, 40.

 

Bohum – Bayer 3:0

Qol: Forster, 19. Asano, 34. Ştoger, 86.

 

Borussiya (Dortmund) – Maynts 2:2

Qol: R.Gerrero, 69. Sule, 90+6 – Olsen, 15. Onisivo, 24.

 

Ayntraxt – Frayburq 2:1

Qol: Muani, 83. Ebimbe, 90+1 – Qrifo, 45.

 

Köln – Bayern 1:2

Qol: Lyubiçiç, 81-pen – Koman, 8. Musiala, 89.

 

Leypsiq – Şalke 4:2

Qol: Laymer, 10. Nkunku, 19; 90+4. Poulsen, 82 – Kaminski, 28. Orban, 49-öz qapısına.

 

Ştutqart – Hoffenhaym 1:1

Qol: T.Tomas, 80 – Bebu, 75.

 

Union Berlin – Verder 1:0

Qol: Xedira, 81.

 

Volfsburq – Herta 1:2

Qol: Kaminski, 2 – Maza, 55. Rixter, 68.


Xəbər xətti