Azərbaycan millisinin üzvü Mahir Emreli haqqında yeni iddia ortaya atılıb. Müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus olan, icarə əsasında “Konyaspor”da çıxış edən futbolçunun Xorvatiyaya qayıtmayacağı yazılır.
Sportarena.az Index.hr saytına əsasən xəbər verir ki, iddianı xorvatlar ortaya atıb. Həmkarlarımız “Konyaspor”un Emrelini birdəfəlik transfer etmək istədiyini yazır: “Ante Çaçiçin icarəyə göndərdiyi futbolçulardan biri də Mahir Emreli idi. Azərbaycanlı hücumçu daha çox oyun vaxtı qazanmaq istədiyi “Konyaspor”a yollandı. Türkiyə klubu onu təxminən 2 milyon avroya transfer etmək imkanı var. O, 9 matçda 1 qol vurub və Türkiyə klubu onu transfer etmək istəyir”.
Azərbaycan millisinin hücumçusunun Xorvatiya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, bu ilin fevralında icarə əsasında “Konyaspor”a keçib.