Həvəskar liqadan Premyer Liqa

10:36 28 May 2023

İngiltərədə daha bir komanda Premyer Liqaya vəsiqəni təmin etdi. Daha öncə “Bernli”  və “Şeffild Yunayted” bunu bacarmışdısa, pley-offlardan sonra “Luton” da bu hüququ qazandı.

 

Sportarena.az xəbər verir ki, mövsümü 3-cü pillədə başa vuran “Luton” yarımfinalda “Sanderlend”i, finalda isə “Koventrini məğlub etməyi bacardı. Bu isə onlara sonuncu – 3-cü vəsiqəyə sahib olmaq imkanı verdi.

 

Maraqlıdır ki, “Luton” İngiltərədə həvəskar liqadan Premyer Liqayadək irəliləməyi bacaran ilk klubdur. İndi klub elitada oynamaq üçün təxminən 10 milyon dollar xərcləməli olacaq. Çünki komandanın stadonunun tutumu cəmi 10 356 nəfərlikdir.


Digər xəbərlər

Xəbər xətti