Messi Avropanın “Top-5” liqasındakı qollarının sayına görə Ronaldonu qabaqlayıb

11:19 28 May 2023

Fransanın PSJ futbol komandasının hücumçusu Lionel Messi Avropanın “Top-5” liqasında qolların sayına görə portuqaliyalı hücumçu Kriştianu Ronaldunu qabaqlayıb.

 

Sportarena.az xəbər verir ki, Messi Fransa çempionatının XXXVII turunun "Strasburq"la matçında qol vurub.

 

Argentinalı bununla da Avropanın “Top-5” liqasında 496-cı qolunu vurub. O, bu göstəriciyə görə aktivində 495 qolu olan Kriştianu Ronaldunu qabaqlayıb.

 

Messi bu mövsüm ümumilikdə 16 qol vurub və 16 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, PSJ – “Strasburq” görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.


Xəbər xətti