Azərbaycan Premyer Liqasında mövsümə yekun vuruldu - YENİLƏNİB + VİDEO

21:23 28 May 2023

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə bu gün keçiriləcək oyunlarla yekun vurulub.

 

Sportrarena.az xəbər verir ki, XXXVI turda son iki görüş baş tutub.

 

İlk olaraq “Sabah”la “Neftçi” ikincilərin meydanında üz-üzə gəlib. Komandalar müvafiq olaraq gümüş və bürünc mükafatı təmin etdiklərindən, qarşılaşma formal xarakter daşıyıb. Maçt "Neftçi"nin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

 

Mövsümün son görüşü isə “Azersun Arena”da olacaq. Çempionluğu rəsmiləşdirən “Qarabağ” altıncı yerin sahibi “Turan Tovuz”u qəbul edib. Matç ev sahibinin qələbəsi ilə başa çatıb - 3:1.

 

Bu matçın ardından “Qarabağ”, “Sabah” və “Neftçi” üçün mükafatlandırma mərasimi təşkil olunub.

 

Azərbaycan Premyer Liqası

XXXVI tur

28 may

17:00. “Neftçi” 1:0 “Sabah” (yekun)

Qol: Emin Mahmudov, 10

Baş hakim: Rəvan Həmzəzadə

“Bakcell Arena”

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya

“Sabah”: 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 8. Aleksey Kaşuk

 

19:30. “Qarabağ” 3:1 “Turan Tovuz” (yekun)

Qollar: Redon Cica, 2, Leandro Andrade, 48, Musa Qurbanlı, 72 - Runi Eva, 62

Baş hakim: Əli Əliyev

“Azersun Arena”

“Qarabağ”: 89. Amin Ramazanov, 5. Maksim Medvedev (k), 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 81. Kevin Medina, 87. Adama Diakabi, 6. Julio Romao, 99. Redon Cica, 15. Leandro Andrade
“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov


Digər xəbərlər

Xəbər xətti