Ronaldo yenə çempion ola bilmədi

15:50 28 May 2023

Kriştiano Ronaldonun da formasını geyindiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 29-cu tur oyununa çıxıb. Komanda “Əl-İttifaq”la heç-heçə edib – 1:1.

 

Sportarena.az xəbər verir ki, Ronaldo start heyətdə meydana çıxıb və 84-cü dıqiqədə əvəzlənib. “Əl-Nəsr” bu heç-heçə ilə xallarını 64-ə çatdırıb.

 

Lider “Əl-İttihad” isə “Əl-Feyda”nı məğlub edib – 3:0. Bununla da xallarının sayı 69-a yüksəldən komanda sona 1 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib, “Əl-Nəsr” 2-ci olub.

 

Ronaldo bununla ardıcıl 2 mövsümdür ki, kuboksuz qalır. O, ötən mövsüm “Mançester Yunayted”in heyətində də kubok qazana bilməmişdi.

 

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının 30-dan “Əl-Nəsr”in futbolçusudur.


Digər xəbərlər

Xəbər xətti