2023/2024 mövsümündə Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Neftçi”, “Sabah” və “Qəbələ”nin potensial rəqibləri artıb.
Sportarena.az xəbər verir ki, 2-ci təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlərdə yer alacaq “Neftçi”nin mümkün rəqibləri sırasına daha 2 komanda qoşulub. Bunlar “Bohemians” (Çexiya) və “Debretsen”dir (Macarıstan). Səpələnməmişlərdə qərarlaşan “Sabah”la “Qəbələ”nin üz-üzə gəlmək ehtimalı olan komandalar sırasına isə Portuqaliya “Gimaraeş”i əlavə olunub.
Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.