Türkiyə çempionu ÇL-nin bir mərhələsindən azad olacaq

15:00 28 May 2023

Türkiyə Super Liqasını qazanacaq komanda 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindən azad olacaq.

 

Sportarena.az xəbər verir ki, buna səbəb “İnter”in İtaliya A seriyasında ilk “dördlüy”ü təmin etməsi olub.

 

XXXVII turda “Atalanta” üzərində 3:2 hesablı qələbə qazanan “neradzurra” növbəti mövsüm ən nüfuzlu klub turnirinin qrupunda iştirak hüququna yiyələnib. Artıq Çempionlar Liqasının hər iki finalçısı (digəri İngiltərə klubu “Mançester Siti”) öz çempionatından ÇL-ə vəsiqə əldə etdiyi üçün Türkiyə çempionu turnirin II təsnifat mərhələsindən yarışa qoşulmaq imkanı qazanıb.

 

Qeyd edək ki, Super Liqada sona üç tur qalmış “Qalatasaray” 79 xalla turnir cədvəlinə başçılıq edir. İkinci sıradakı “Fənərbağça”nın aktivində 74 xal var.


Digər xəbərlər

Xəbər xətti