İspaniya La Liqasına yüksələn iki komanda müəyyənləşib

16:22 28 May 2023

İspaniya La Liqasına yüksələn iki komanda müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Sequndanın 42-ci turunda keçirilən oyunlardan sonra “Qranada” və “Las Palmas” elitaya vəsiqə qazanıblar.

 

“Qranada” son turda “Leqanes”i (2:0) üstələyərək, Sequndanın qalibi olub. “Alaves”lə qolsuz bərabərə qalan “Las Palmas” isə mövsümü ikinci pillədə başa vurub.

 

Elitaya yüksələcək üçüncü kollektivi müəyyənləşdirmək üçün “Levante”, “Alaves”, “Eybar” və “Albasete” arasında iyunun əvvəllərində pley-off görüşləri keçiriləcək.


Xəbər xətti